Yazını böyüt
Yazını kiçilt
Çərşənbə axşamı, martın 18-də Hələb Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib. İlk təyyarə təxminən dörd aydan sonra ilk dəfə Suriyanın bu hava limanına eniş etdi.
Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Hələb hava limanında işlər 2024-cü il noyabrın sonundan - Suriyada vətəndaş müharibəsinin şiddətlənməsi və Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən döyüşlər səbəbindən dayandırılıb.
Hava limanı normal fəaliyyətini bərpa edənə qədər müntəzəm uçuş cədvəli yoxdur. Baxmayaraq ki, Suriya Mülki Aviasiya İdarəsi hava yollarına Hələbə uçuşları bərpa etmək üçün dəvət göndərib.