Olaylar.az xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) müvafiq hökumət sənədinə istinadən məlumat verib.
Sənəddə qadın səsinin radio yayımında səslənməsinin "qəti şəkildə qadağan edildiyi", həmçinin əyləncəli proqramlarda qadınların müraciətlərinin də yayımlanmasının qadağan olunduğu vurğulanır. Həmçinin, vilayətdə fəaliyyət göstərən bütün radio stansiyalarının əməkdaşlarına xüsusi icazə almaq tələb olunur.
AFJC-nin məlumatına görə, Kandahar, Gilmend vilayətindən sonra, Talibanın qadın səsinin radio yayımlarında tamamilə qadağan edildiyi ikinci əfqan vilayəti olub.
2021-ci ildə Əfqanıstan üzərində nəzarəti ələ keçirən Taliban, qadınların açıq şəkildə ictimai yerlərə çıxmalarını, onların baş örtüsü ilə (çadra) olması tələbini irəli sürmüşdü. 2022-ci ildə Taliban lideri Haybatullah Axundzada, qadınların ali məktəblərdə dərslərə qatılmalarını dayandırmış, qadınların universitetlərdə dərs deməsi və qeyri-hökumət təşkilatlarında işə qəbul edilməsini qadağan etmişdi. 2024-cü ildə isə o, qadınların açıq üzlə və bədənlərinin açıq hissələri ilə ictimai yerlərdə görünməsini, oxuma və mahnı oxumağı qadağan etmişdi.
2025-ci ildə isə Əfqanıstanın Gərait vilayətində qadınların televiziya aparıcısı və ya diktor kimi işləməsi, həmçinin məscidlərdə kollektiv namazda iştirak etməsi qadağan edilmişdi.