AZ

Qızardılmış, yoxsa təzə çörək: Hansı daha sağlamdır?

Qızardılmış, yoxsa təzə çörək:

Çörək süfrələrin ayrılmaz hissəsidir və qızardılmış, yaxud təzə şəkildə istehlak edilə bilər. Qızardılmış çörək daha aşağı glisemik indeksə malikdir, həzmə kömək edir və çəki idarəsində faydalı ola bilər. Bununla belə, yandırıldıqda zərərli birləşmələr əmələ gətirə biləcəyinə görə diqqətli olmaq lazımdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qızartma prosesi çörəyin tərkibindəki suyun miqdarını azaldır və karbohidratların bir qismini parçalayır. Bu, onu daha xırtıldayan edir və bəzi hallarda həzm prosesini asanlaşdırır. Araşdırmalar göstərir ki, tost çörəyi qan şəkərinin səviyyəsini daha az yüksəldir, buna görə də diabet xəstələri üçün daha uyğun ola bilər.

Arıqlamaq istəyənlər üçün də tost daha yaxşı seçim ola bilər. Aşağı glisemik indeksə malik olduğundan, qan şəkərinin ani yüksəlməsinin qarşısını alır və uzun müddət toxluq hissi verir. Bundan əlavə, ishal zamanı da qızardılmış çörəyin istehlakı tövsiyə olunur, çünki o, bağırsaqlara rahat təsir göstərir.

Çörəyin qida dəyərini artırmaq üçün tam taxıl növlərindən istifadə etmək daha faydalıdır. Üzərinə fıstıq yağı və ya digər protein mənbələri əlavə etdikdə balanslı bir qida əldə etmək mümkündür. Lakin tost edərkən ehtiyatlı olmaq vacibdir. Çörək yandıqda akrilamid adlı zərərli maddə yaranır ki, bu da sağlamlıq üçün risk daşıya bilər. Bu səbəbdən, qızardılmış çörəyi yüngül və ya orta dərəcədə qızartmaq tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
23
e-saglam.az

1Mənbələr