"Napoli" "Empoli"nin istedadlı müdafiəçisinin transferi barədə razılığa gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Calciomercato"ya istinadən xəbər verir ki, 20 yaşlı Luca Martinucci bu yay Antonio Kontenin komandasına qoşulacaq.
Transferin məbləği təxminən 9 milyon avro olacaq.
Perspektivli İtalyan futbolçunun agenti bildirib ki, onlar artıq "Napoli" ilə danışıqlar aparıblar və razılaşma demək olar ki, başa çatıb.
Bu mövsüm Luca Marinucci bütün turnirlərdə "Empoli" üçün 15 oyun keçirib.