26 yaşlı braziliyalı müdafiəçi Emerson Royal mövsümün sonunda "Milan"dan ayrıla bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insayder Nikolo Skira məlumat yayıb.
Məlumata görə, "Rossoneri"nin rəhbərliyi 26 yaşlı futbolçunu yay transfer pəncərəsində başqa komandaya buraxmağa hazırdır.
Emerson və Milan klubu arasında qüvvədə olan müqavilənin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.