“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birgə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə keçirdiyimiz görüşdə uzun illər davam edən uğurlu əməkdaşlığı məmnunluqla vurğuladıq. bp-nin Azərbaycandakı fəaliyyəti və tərəfdaşlığın yeni prioritetləri, eləcə də karbonsuzlaşma sahəsində işbirliyi imkanlarını müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.