AZ

Qazaxıstanda prezident atom enerjisi üzrə agentlik yaradıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayaraq Atom Enerjisi Agentliyini yaradıb.

NOCOMMENT.az xəbər verir ki, fərmanı TASS agentliyi yayıb.

Yeni struktur birbaşa prezidentə tabe olacaq və respublikanın Energetika Nazirliyinin bəzi funksiyalarını öz üzərinə götürəcək. Ona keçmiş energetika naziri Almasadam Satkəliyev rəhbərlik edəcək.

Agentliyin funksiyalarına atom enerjisindən istifadə, əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, Semipalatinsk nüvə təhlükəsizliyi zonasının yaradılması və istismarı daxildir.

2024-cü ilin oktyabrında Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirildi , seçicilərin əksəriyyəti bu təşəbbüsü dəstəklədi. Stansiyanın Almatı vilayətində tikilməsi planlaşdırılır.

Bundan əvvəl Tokayev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, liderlər ticarət-iqtisadi və enerji sahələrində birgə layihələri müzakirə ediblər.

Seçilən
31
nocomment.az

1Mənbələr