AZ

Britaniya Azərbaycanla Ermənistanı sülh razılaşmasını tezliklə imzalamağa çağırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniya Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının müsbət başa çatmasını alqışlayır.
Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniya Parlamentindəki çıxışında krallığın xarici işlər naziri Devid Lemmi deyib.
Devid Lemmi tərəfləri sülh razılaşmasını mümkün qədər tez bir zamanda imzalamağa çağırıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Seçilən
8
50
oxu.az

10Mənbələr