AZ

TƏCİLİ: İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa başladı

Avropa İttifaqının Ermənistana əlavə hərbi yardım paketi elan etdiyi məlum olub. Fransanın rəhbərlik etdiyi təşəbbüs çərçivəsində Ermənistana hərbi texnika və sursat veriləcək, yardım paketləri genişləndiriləcək. İrəvan isə “növbəti müharibəyə hazırlaşmaq” üçün PUA almağa başlayıb.

KONKRET.az xəbər verir ki, Avropa İttifaqının mərkəzi qurumlarının yerləşdiyi Belçikanın paytaxtı Brüsseldəki “EU Reporter” nəşrinin əldə etdiyi məlumata görə, Aİ Ermənistanı silahlandırmaq üçün layihə müəyyənləşdirib.

Layihəyə Fransa rəhbərlik edir. Paris Hindistan və Yunanıstanla birlikdə İrəvanı silahlandıracaq 3 ölkə arasında olduğu halda, Ermənistan bu dəfə Avropa Sülh Quruculuğu Fondu (APF) tərəfindən sursat yardımı alacaq.

Hazırda İrəvana 10 milyon avroluq hərbi yardım göstərilir və bunun genişləndiriləcəyi bildirilir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
84
konkret.az

1Mənbələr