AZ

Conson 2022-ci ildə Rusiya ilə Ukrayna arasında danışıqların pozulmasına haqq qazandırmağa çalışıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh sazişinin pozulmasına haqq qazandırmağa cəhd edib.

NOCOMMENT.az xəbər verir ki, Triggernometry podkastına müsahibəsində o, bildirib ki, o zaman Ukrayna hakimiyyətinə seçim verib – münaqişəni dayandırmaq, yoxsa döyüşləri davam etdirmək barədə özləri qərar vermək.

“Mən etməyə çalışdığım yeganə şey, görünən dəstək göstərmək və demək idi ki, əgər sən həll istəyirsənsə, bu sənin işindir. Mübarizəni davam etdirəcəksinizsə, dəstəyimiz var”, – Conson bildirib.

O əlavə edib ki, insanlar hazırda döyüş bölgəsində baş verənlərə əsaslanaraq, Ukrayna prezidenti Vladimir Zelenskinin döyüşü davam etdirərək düzgün hərəkət edib-etmədiyinə hökm edə bilərlər.

Seçilən
115
2
nocomment.az

3Mənbələr