Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında MDB ölkələrindən Azərbaycana 1,1milyard ABŞ dolları dəyərində məhsul idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə427 milyon ABŞ dolları və ya 62,2% çoxdur. Ötən ilin eyni dövrünəMDB ölkələrindən Azərbaycana idxalın dəyəri 686 milyon ABŞ dollarıtəşkil edib.
Bəhs olunan dövrdə Azərbaycandan MDB ölkələrinə 231 milyon ABŞdolları dəyərində məhsul ixrac edilib ki, bu da, illik müqayisədə 8milyon ABŞ dolları, yaxud da 3,6% çoxdur. 2024-cü ilin ilk ikiayında Azərbaycandan MDB ölkələrinə ixracın dəyəri 223 milyon ABŞdolları olub.
Hesablamalardan məlum olur ki, Azərbaycanın MDB ölkələrindənidxalı ixracını 4,8 dəfə üstələyib.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan MDB ölkələrinəixrac ümumi ixracın 4,86%-ni, MDB ölkələrindən Azərbaycana idxalisə ümumi idxalın 26,9%-ni təşkil edib.