Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 62,8 milyon ABŞdolları dəyərində 197,5 min ton kimya sənayesi məhsulları istehsaledilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədədəyər baxımından 14,5 milyon ABŞ dolları və ya 29,9% çox, həcmifadəsində isə 11,5 min ton və ya 5,5% azdır.
Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumiixracına nisbətən 1,32%, qeyri-neft sektoru üzrə ixracına nisbətənisə 12,95% paya malik olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.