AZ

Ağcabədi şəhərində Novruz bayramı şənliyi təşkil olunub

Ağcabədi, 18 mart, AZƏRTAC

Ağcabədi şəhər Heydər Əliyev meydanında Novruz bayramı şənliyi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bahar qızla birgə faytonla meydana daxil olan Dədə Qorqud, Kosa və Keçəl tədbir iştirakçılarını salamlayıblar.

Şənlikdə əvvəlcə xalq sənətkarlığı və əl işləri nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Meydanın mərkəzində tonqal qalanıb, idmançılar bacarıqlarını nümayiş etdirib, milli oyunlar, Novruz adət-ənənələri təqdim olunub.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini xalqımızın qədim bayramı münasibətilə təbrik edib.

Bayram tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.

 

Seçilən
24
32
azertag.az

10Mənbələr