Kursk vilayətinin demək olar ki, bütün ərazisi azad edilib.
NOCOMMENT.az xəbər verir ki, “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov bu barədə TASS-a müsahibəsində bildirib.
“Biz indi faktı təsdiq edə bilərik ki, Kursk vilayətinin demək olar ki, bütün ərazisi azad edilib”, – o deyib.
Onun sözlərinə görə, uğurlu hücum nəticəsində Rusiya Silahlı Qüvvələri işğal olunmuş demək olar ki, bütün yaşayış məntəqələrini bir anda nəzarətə götürməyə və düşmənin çoxlu sayda canlı qüvvə və texnikasını məhv etməyə nail olub.