AZ

Rusiya hərbçiləri Konstantinopoldan sakinlərin təxliyəsi üçün dəhliz yaradıb

Rusiya hərbçiləri azad edilmiş Konstantinopoldan sakinlərin Donetsk vilayətinə təxliyəsi üçün xüsusi dəhliz yaradıblar. Dördü uşaq olmaqla on nəfər təxliyə edilib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

“10 mülki şəxs - qoca cütlük, dörd uşaq və dörd böyük sakin Konstantinopolda dağılmış evin zirzəmisində bir aydan çox idi gizləniblər. Ukrayna Silahlı Qüvvələrinin nizamsız atışları onların sığınacaqlarını ölümcül təhlükəyə çevirmişdi. Mülki vətəndaşları Ukrayna Silahlı Qüvvələrinin FPV pilotsuz təyyarələrindən qorumaq üçün hərbçilər elektron döyüş texnikası yerləşdirərək xüsusi dəhliz yaradıblar. PUA operatorları isə pilotsuz təyyarələrin kameralarından alınan məlumatlardan istifadə edərək qrupu təhlükəsiz marşrut üzrə istiqamətləndirmək üçün istifadə ediblər. Sakinlər bir sığınacaqdan digər sığınacaqlara gediblər və atəş zamanı zirzəmilərdə, xarabalıqlarda gizlənməli olublar. Təhlükəsiz yerə çatan zaman hərbçilər insanları maşınlarla Donetskə aparıblar. Orada isə həkimlər və könüllülər qarşılayıblar”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr