Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropa İttifaqı (Aİ)ölkələrinə 3,6 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,1 milyard ABŞ dolları, yaxud da 40,8% çoxdur. Belə ki, ötən ilineyni dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə 2,5 milyardABŞ dolları dəyərində məhsul ixrac edilib.
Bəhs olunan dövrdə Aİ ölkələrindən Azərbaycana 487 milyon ABŞdolları dəyərində məhsul idxal edilib ki, bu da, illik müqayisədə129 milyon ABŞ dolları və ya 36% çoxdur. 2024-cü ilin ilk ikiayında Aİ ölkələrindən Azərbaycana 358 milyon ABŞ dolları dəyərindəməhsul idxal edilib.
Hesablamalardan məlum olur ki, bu il Azərbaycandan Aİ ölkələrinəixrac idxalı 7,3 dəfə üstələyib.
Qeyd edək ki, Azərbaycandan Aİ ölkələrinə ixrac ümumi ixracın74,6%-ni, idxal isə ümumi idxalın 11,8%-ni təşkil edib.