AZ

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Astana, 18 mart, AZƏRTAC

Qazaxıstanın Jambıl vilayətinin Merke kəndində “Nuray” məktəbəqədər təhsil mərkəzinin 10 şagirdi xəstəxanaya yerləşdirilib.

AZƏRTAC-ın Jambıl vilayətinin İcra Hakimiyyətinə istinadla verdiyi xəbərə görə, uşaqlarda kəskin bağırsaq infeksiyası, bir uşaqda isə enterovirus aşkarlanıb. Bir uşaq reanimasiyadadır, lakin həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.

İşçi qrupu yaradılıb. Artıq Sanitar Epidemioloji Nəzarət İdarəsi tərəfindən yoxlama aparılır, nümunələr götürülüb, ekspertizanın nəticəsi gözlənilir.

Uşaq təhsil mərkəzi iki gün bağlıdır, binalar dezinfeksiya edilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
53
azertag.az

1Mənbələr