AZ

Beş dəfə əməliyyat olan aktyor DANIŞDI: “Ölə bilərdim”

Türkiyənin məşhur aktyorlarından olan Nuri Alço ötən il təcili əməliyyat olunub. 5 ağır əməliyyat keçirən Nuri Alço hazırkı sağlıq vəziyyətini açıqlayıb.

KONKRET.az xəbər verir ki, 2020-ci ildə ailə quran Nuri Alço xanımının sədaqətindən danışıb. Alço, “Xəstəliyim boyu yanımda olan sadiq həyat yoldaşımla rastlaşdım. O, mənə çox kömək etdi. O olmasaydı, bəlkə də ölə bilərdim. Ailəm olmayanda çox vaxt o, yanımda olurdu”, – deyə bildirib.

Səhhətinin yaxşı olduğunu bildirən usta aktyor, “5 ağır əməliyyat oldum, amma sağaldım. Hazırda çox yaxşıyam, heç bir problemim yoxdur” sözlərini dilə gətirib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
38
konkret.az

1Mənbələr