AZ

TƏCİLİ! Ermənistan tez-tez atəşkəsi pozur - YENİ MÜHARİBƏ İLƏ BAĞLI VACİB XƏBƏR

  • Fransa və digər havadarlarına güvənən Ermənistan son günlər Azərbaycan ərazisində atəşkəsi pozmaqla təxribatlara əl atır. Müdafiə nazirliyinin məlumatına görə  Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.  Bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.  

  • Ermənistanın son günlər sərhəddə atəşkəsi pozmasının səbəbi nədir? Erməni tərəfi bununla sülhdən imtina etmək niyyətində olduğunumu bildirmək istəyir? Əgər yaxın gələcəkdə də Ermənistan tərəfi Azərbaycana qarşı belə təxribatlar törədərsə dövlətimiz hansı addımları ata bilər? Yeni müharibə başlaya bilərmi?


Mövzu ilə bağlı siyasi şərhçi Züriyyə Qarayeva Referans-a açıqlamasında deyib ki, Ermənistanın təxribatları artıq Azərbaycan üçün gözlənilməz bir proses deyil. Terror və təxribat Ermənistanın sanki bir simasına çevrilib. Bunun paralelində isə məsələnin absurd tərəfini təşkil edən mənzərə ondan ibarətdir ki, sülh danışıqlarının aparıldığı bir zamanda, Bakının bu yöndə ciddi addımlar atdığı məqamda həmçinin də Ermənistan öz liderinin sülhpərvər təqdimatı fonunda əslində təxribat ritorikasına keçib. Təbii olaraq bütün bu baş verənlər isə sülhdənyayınma üçün hesablanıb. 



Siyasi şərhçinin qənaətinə görə, nəzərə almaq lazımdır ki, Ermənistan bu təxribatlara cavab olaraq Azərbaycanın verəcəyi adekvat cavabların qarşısında acizdir. Ən azından 44 günlük müharibədə və sonrakı anti-terror tədbirləri də göstərdi ki, erməni ordusu faktiki necə zəifdir. 


Müsahibimiz hesab edir ki, Ermənistanın bu təxribatlarının nəticəsi Azərbaycanın layiqli cavabı ilə yekunlaşacaq. Azərbaycan Prezidentinin də hər zaman açıqlamalarında deyildiyi kimi Azərbaycan tərəfi özü müdafiəsinə hazırdır.


"Əgər bizimlə sülh istəniləcəksə sülh bağlayacağıq. Lakin revanşist addımlara da qarşılıq verməyə qadirik. Amma Ermənistan bu kimi addımlarına görə hətta xəritədən silinə də bilər", - deyə Züriyyə Qarayeva əlavə edib.


Bünyamin Bünyadzadə

Referans

Seçilən
67
referans.az

1Mənbələr