AZ

VACİB XƏBƏR! Xərçəng xəstəliyinə tutulmamaq üçün nə etməliyik? - Həkim rəyi

Danılmaz faktdır ki, xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Dünyada, ürək damar xəstəliklərindən sonra ən çox can itgisinə səbəb olan bir xəstəlikdir. 

 Xərçəng xəstəliyinə tutulmamaq üçün nə etməliyik?  Bu xəstəliklə mübarizədə ən effektiv üsullar nələrdir? Ümumiyyətlə insan hansı hallarda xərçəng xəstəliyinə daha tez yoluxa bilər?


Mövzu ilə bağlı Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim, mammoloq-onkoloq Afət Cabbarova Referans-ın suallarını cavablandırıb. Həkim bildirib ki, xərçəng xəstəliyinin yaranmasına əsas səbəblərdən biri də məhz qidalanmadır.  Bu da o deməkdir ki, xərçəng hüceyrələrinin yaranmasında qidalanmanın çox önəmi var.  Sağlam qidalanma və kifayət qədər fiziki aktivlik çox vacibdir. Hətta sübut olunub ki, fiziki aktivlik və sağlam qidalanma  xərçəng riskini maksimum şəkildə azaldır. Fiziki aktivlik bədəndəki piy problemlərini azaltdığı üçün xərçəng şişlərinin yaranma ehtimalını da azaltmış olur. 




Həkim onu da bildirib ki, xərçəng xəstəliyindən qorunmaq üçün spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki əksər şiş amilləri də bu səbəbdən yaranır. Müasir onkologiyada ən doğru yol vaxtında şikayəti gözləmədən müayinə olunmaqdır. Bu gün dünyada erkən müayinə proqramları var. Bu proqramlar heç bir şikayət olmadan təsadüfi dəyişikliklərə əsasən müayinələrlə yaşamanı uzatmaqdır. Bu üsul ən etibarlı üsullardandır.


"Ən vacib amillərdən biri də ailəvi risklərdir. Yəni, irsi amil də mühüm rol oynayır. Yəni bacı-qardaş, ata-ana birinci dərəcəli qohumlar olaraq risk payı çox olan şəxslərdir. Beləliklə də risk qrupuna aid olan şəxslər mütləq erkən müayinələrdən keçməlidirlər",- deyə həkim qeyd edib.


Bünyamin Bünyadzadə

Referans

Seçilən
46
referans.az

1Mənbələr