Bakı. Trend:
Azərbaycan – mənim bu vaxta qədər yaşadığım ən təhlükəsizölkədir.
Trend xəbərverir ki, bunu yeni-zelandiyalı müəllimə Linsi Flauers YeniZelandiyanın “Stuff” nəşrinə bildirib.
Flauers Bakıya Yeni Zelandiyadan təxminən 8 il əvvəl köçüb.
“Mən dünyanın bu hissəsi barədə heç nə bilmirdim, lakin tamfərqli mədəniyyət və mühitə dalmaq arzusundaydım” ,- deyə obildirib.
Flauers qeyd edib ki, Azərbaycanın paytaxtı, möhtəşəm, təmiz,son dərəcə təhlükəsiz ollması ilə onun diqqətini cəlb etdi.
“Bakı – heyrətamiz şəhərdir”,-deyə o əlavə edib.
Onun sözlərinə görə, yerli mühitə uyğunlaşmağı hardasa bir ilçəkdi, yerli adət-ənənələrlə, bayramlarla tanışlıq, həmçninAzərbaycanlılar tərəfindən isti qarşılanma inteqrasiya prosesiniəhəmiyyətli dərəcədə asanlaşdırdı.
“Yerli sakinlər olduqca mehriban, qayğıkeş vəqonaqpərvərdirlər”, - deyə Linsi Flauers bildirib. Səmimi olub hərbir yerin unikallığını qəbul etsək, onun heç bir real çatışmazlığıyoxdur. Bu möhtəşəm ölkədir”,-deyə o bildirib.