Hazırda Qərb tərəfindən Rusiyaya qarşı çoxlu sayda sanksiya tətbiq edilib. ABŞ onların aradan qaldırılması haqqında getdikcə daha çox danışsa da, Avropa sərt məhdudiyyətlər tətbiq etməyə davam edir.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya sənayeçiləri və sahibkarlarının qurultayında bəyan edib.
O deyib ki, sanksiyalar götürülsə belə, Qərb Rusiya Federasiyasının inkişafına mane olmaq üçün başqa yol tapacaq.
“Rusiyaya qarşı sanksiyalar yumşaldılsa belə, bizə mane olmaq, təzyiq göstərmək üçün başqa yol tapılacaq”, - deyə Rusiya prezidenti bildirib.