İsveçin Saab AB qrupu balaca pilotsuz uçan təyyarələrlə mübarizə sisteminin inkişafı barədə məlumat verib.
Herbiand.az bu barədə şirkətin rəsmi saytına istinadən bildirir.
Kompleksin hazırlanmasında İsveç Hərbi Hava Qüvvələri və İsveçin müdafiə tədarükləri agentliyi FMV iştirak edib. Hazırlıq cəmi 84 gün çəkib.
Sistemin artan dron təhlükəsi ilə mübarizədə İsveç Hərbi Hava Qüvvələrinin arsenalının mühüm hissəsinə çevriləcəyi gözlənilir.
Bəxtiyar CƏFƏRLİ