İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində aralarında qadın və uşaqların da olduğu 400-dən çox insan həyatını itirib.
KONKRET.az xəbər verir ki, İslami Cihad Hərəkatı zərbələr nəticəsində Qüds Briqadalarının sözçüsü Əbu Həmzənin öldüyünü açıqlayıb.
Verilən açıqlamaya görə, İsrailin ötən gecə həyata keçirdiyi intensiv hava hücumlarında Əbu Həmzə və ailəsi hədəfə alınıb.
Hücumlarda HƏMAS rəhbərliyinin mühüm simaları da həyatlarını itiriblər.
HƏMAS-ın faktiki hökumət başçısı Essam Adales ədliyyə nazirinin müavini Əhməd Əl-Hetta və daxili işlər nazirinin müavini Mahmud Əbu Vetfanın evlərinin bombalanması nəticəsində öldürüldüyü açıqlanıb.
Aynurə İsmayıl
KONKRET.az