“ExxonMobil”in Azərbaycanda uzunmüddətli enerji tərəfdaşlığının inkişafı üçün yeni imkanları müzakirə olunub.
ABŞ-nin ən iri neft şirkətlərindən olan “ExxonMobil”in Azərbaycanda uzunmüddətli enerji tərəfdaşlığının inkişafı üçün yeni imkanları müzakirə olunub.
Operativ Media xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill ilə səmərəli görüşümüz oldu. Uzunmüddətli enerji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanları dəyərləndirdik. Şirkətin qabaqcıl təcrübəsi, beynəlxalq əhəmiyyətli layihələri və Azərbaycanın enerji istehsalı və ixracında müxtəlifliyə əsaslanan siyasəti ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.