AZ

Bu müdafiəçilər “Fənərbaxça”ya qayıdır

“Fənərbaxça” beynəlxalq oyunlarla əlaqədar liqada yaranan fasilədə müdafiəçilərinə qovuşacaq.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, tezliklə Çağlar Söyüncü və Dieqo Karlosun komandaya qoşulacağı gözlənilir.

Sarı-göy komandada zədəli futbolçuların 10 gün ərzində komandaya qoşulması gözlənilir.
İsmail Yüksek və Levent Mercanın zədələri sağalıb. Hər iki futbolçu Rider Samsunspor matçı üçün heyətə daxil edilib. İsmail Yüksek milliyə çağırılıb, Levent Mercan isə Samandırada məşqlərini davam etdirir.

Çağlar Söyüncü və Dieqo Karlosdan da şad xəbər gəlib. Çağlar UEFA Avropa Liqasında “Reyncers”lə matçın 16-cı dəqiqəsində zədələnərək oyunu tərk etməli olub. Müalicəsi davam edən 28 yaşlı futbolçunun milli matçlarla əlaqədar liqaya verilən fasilədə komandaya qoşulacağı öyrənilib.

Mövsümün ortası transfer dövründə komandaya qoşulan Dieqo Karlos fərdi işlərinə başlayıb. 3 matçda 89 dəqiqə meydanda olan braziliyalı futbolçunun Sipay Bodrum Futbol Klubunun matçında heyətə düşəcəyi gözlənilir.

 

 

Dəniz

Seçilən
41
tribunainfo.az

1Mənbələr