Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
"Bu baxımdan biz Ukraynanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Azərbaycanın Ukraynanın ərazi bütövlüyü dəstəkləməsi təkcə Ukraynanın yox, bütün dünya dövlətlərinin ərazi bütövlüyü baxımından vacibdir. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayan gündən Ukraynaya dəfələrlə humanitar yardım göstərib.
Ukrayna prezidenti Volodimir Zelenski cənab Prezident İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan bu gün də bütün müharibə zonalarında qızışdırıcı və təhrikedici mövqedən çıxış etməkdən imtina edir".
Əfsanə Kamal
Demokrat.az