ABŞ martın əvvəlində Ukraynaya hərbi yardımı dayandırdıqdan sonra onu yenidən davam etdirir.
Herbiand.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Müdafiə Nazirliyinin nümayəndəsindən təsdiq edirik ki, departament Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərir”, - Müdafiə Nazirliyi qeyd edib.
Qeyd edək ki, ABŞ martın 4-də Ukraynaya hərbi yardımın çatdırılmasını dayandırdığını elan etmişdi. Lakin martın 12-də Ciddədə Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Vaşinqton yardımın Yenidən bərpa ediləcəyini açıqlayıb. Silahlar Ukraynaya Polşa vasitəsilə çatdırılır.
Bəxtiyar CƏFƏRLİ