Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” adlı layihəyə start verilib.
QHT.az xəbər verir ki, layihə çərçivəsində 9 məktəbdən seçilən 180 “yaşıl səfir”, o cümlədən hər məktəbdən 150 nəfər şagird ekoloji biliklərini daha da artıracaq, icma əsaslı ekoloji fəaliyyətlərdə iştirak edəcək və öz məktəblərində ekoloji tədbirlər həyata keçirəcəklər. Layihənin sonunda isə hədəf məktəblərdə ekologiya və iqlim dəyişikliyinin təsiri mövzusunda şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgi təşkil olunacaq.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, məsuliyyət hissinin inkişaf etdirilməsi və ekoloji məsələlərə həssas yanaşmanın təşviq edilməsidir.