Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər güclü müdafiə mövqeyinə malik olmalıdır və indidən fəaliyyətə başlamalıdır.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.
"2030-cu ilə qədər Avropa güclü müdafiə mövqeyinə sahib olmalıdır. Lakin biz hədəfimizə çatmaq üçün indidən hərəkətə keçməliyik", - deyə o bildirib.
Von der Leyen Avropa müdafiə strategiyasını təqdim etmək niyyətində olduğunu da təsdiqləyib.