AZ

Səkidə gedən avtobusun əyləci yox imiş? - Açıqlama+Video

“Əhmədli” metrosu və Zığ qəsəbəsi üzrə hərəkət edən 183 saylı avtobuslardan birinin əyləcsiz idarə olunduğuna dair məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə sürücünün avtobusu yoldan kənarda, səki ilə sürməsi əks olunub. İddia edilib ki, buna səbəb ictimai nəqliyyat vasitəsinin əyləcsiz olması olub. 

Məsələ ilə bağlı 183 saylı marşrut xətti üzrə daşıyıcı şirkət “Bus Trans” MMC-nin direktoru Qalib Salahov sorğumuza cavab olaraq bildirib ki, hadisə barədə araşdırma aparılıb:

“Bununla bağlı bizi AYNA-ya dəvət etdilər. Gedib izahat verdik. Hadisə avtobusun qarşısına qəfil avtomobil çıxması səbəbindən baş verib. Sürücü qəzadan yayınmaq üçün boş olan səkiyə çıxıb. Nəticədə xəsarət alan olmayıb. Yaşıllığa və yol nişanına bir qədər zərər dəyib ki, bu da tərəfimizdən həll ediləcək”.

Seçilən
53
8
qafqazinfo.az

10Mənbələr