Çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq. O cümlədən, Azərbaycanda alzheimer xəstəliyindən əziyyət çəkənlərlə bağlı sosial proqramın hazırlanması da təklif edilib.
Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosial xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İclasda millət vəkili Fazil Mustafa deyib ki, nikah müqaviləsi məcburi olmalıdır.
Plenar iclasda o da bildrilib ki, Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.
"Reklam haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən isə, mobil tətbiqlər də reklam daşıyıcısı hesab olunacaq. Eyni zamanda Milli Məclis Qarabağda iqtisadi fəaliyyət üçün vergi-rüsumdan azadetmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.