“Arujasu World Azerbaijan” şirkətinin rəhbərinə “stop” qoyulub.
Valyuta.az xəbər verir ki, şirkəti dövlət büdcəsinə 2020 manat borcu olduğuna və bu məbləğ ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
İşə Gəncə Kommersiya Məhkəməsində baxılb və qurumun ərizəsi təmin edilib. Şirkət borcu ödəyənə qədər onun rəhbərinin ölkədən getmək hüquqi məhdudlaşdırılıb.
Hüseyn