İstanbul Universiteti İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomu ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Belə ki, Universitet İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarını “yoxluq” və “açıq xəta” səbəbi ilə ləğv etmək qərarına gəlib.