AZ

''Osimhen ya ''Qalatasaray'', ya da premyer-liqa...''

''Qalatasaray'' öz oyunu ilə fanatların qəlbini fəth edən Viktor Osimheni daimi əsasda transfer edə bilmək üçün qaynaq axtardığı bir vaxtda bu futbolçunun Nigeriya yığmasında komanda yoldaşı olan Uillyam Troost-Ekonq maraqlı açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, yığmada kapitan sarğısını daşıyan 31 yaşlı futbolçu hazırda karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Xulud''da davam etdirir.

Bir ara Türkiyədə ''Bursaspor''un da şərəfini qorumuş Troost-Ekonq bunları deyib:

''Osimhenin ''Çelsi'' fanatı olduğunu bilirəm. Amma eyni zamanda bir çox top-klublarla danışıqlar apardığını da bilirəm. Seçim özünündü. Oyun tərzi elədi ki, hər komandaya uyğunlaşa bilər. ''Liverpul''un gələn mövsüm üçün bir mərkəz hücumçusu axtarışında olduğunu bilirəm. Yaşayıb görəcəyik. ''Qalatasaray''a yollandıqdan sonra hər şey Osimhenin istədiyi kimi irəlilədi. Onu önümüzdəki mövsüm Türkiyədən başqa ancaq premyer-liqada görmək istəyərəm. Premyer-liqadan başqa bir çempionata transfer olunmasını istəməzdim. Üzərində ən çox çalışdığı məqam bitiricilikdi. Özəllikləri, əzmi, hər top uğrunda mübarizə aparması sadəcə inanılmazdı. Hava toplarını da sevir. Ona hava ilə ötürmə versən, mütləq topa çatacaq və onu dəyərləndirəcək. Qapıçı ilə təkbətək çıxdısa və ya cinahdan yaxşı bir asma edildisə, mütləq qol vuracaq. Konkret qolu düşünən bir futbolçudu. Ona görə də premyer-liqaya uyğundu".

ƏLİ
Seçilən
29
football-plus.az

1Mənbələr