İsrailin Azərbaycandakı səfiri Corc Dik komandası ilə birgə Novruz bayramı münasibətilə bayram şirniyyatları hazırlayıb.
Bizim.Media xəbər verir ki, bunun bağlı səfirliyin “X” hesabında paylaşım edilib.
“Diqqət, Bakı — Səfirlikdəki İsrail komandası Novruz üçün mətbəxdə möcüzələr yaradır! Xəmir yoğurduq, tərlədik, (çətinliklə də olsa) mətbəxdə fəlakət yaratmaqdan qaçındıq və bütün bunları ləzzətli paxlavalar və şəkərburalar bişirmək üçün etdik. Novruz bayramınız bizim soba qədər “odlu” və diplomatik cazibəmiz qədər şirin olsun!” , - paylaşımda qeyd edilib.
Bizim.Media