Metbuat.az xəbər verir ki, Ağ ev rəhbərinin müavini Den Skavino X hesabında telefon danışığı barədə yazıb. O bildirib ki, iki lider arasında hərtərəfli və məhsuldar telefon danışığı olub. Telefon danışığının 2,5 saat davam etdiyi bildirilir. Ağ ev hələlik görüşün detalları barədə açıqlama verməsə də, Rusiya-Ukrayna atəşkəs prosesinin müzakirə edildiyi görüşün məhsuldar olduğu bildirilib.