AZ

Zaqatalada ev YANDI

Zaqatalada  yaşayış olmayan ev yanıb. Hadisə rayonun Makov kəndində dörd otaqlı evdə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Maqov kənd sakini Kamil Qardaşova məxsus yaşayış evində yanğın baş verməsi barədə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan andan hadisə yerinə texnika və canlı qüvvə göndərilib.

Yanğınsöndürənlərin səyinə baxmayaraq, ev əşyalarla birlikdə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
42
bizim.media

1Mənbələr