AZ

Masallı rayonu ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi » AzadMedia.az


Masallı rayonunun Göyəçöl ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.

Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, şəhid ailələri, ziyalılar, din xadimləri və Masallı rayon MKTİB-nin əməkdaşları iştirak etmişlər.
Aksiya çərçivəsində Ələt-Astara magistral avtomobil yolunun Masallı rayonu Göyəçöl kəndindən keçən hissəsində olan yolların kənarlarına Eldar şamı ağacları əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Seçilən
42
1
azadmedia.az

2Mənbələr