İsveçrənin cənub-şərqində Alp dağlarında kiçik təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Bu barədə Associated Press (AP) məlumat yayıb .
İlkin məlumata görə, təyyarə Danimarkaya gedirmiş.
Extra EA-400 təyyarəsi Səmədan kommunasından havaya qalxıb. Təyyarə havaya qalxdıqdan iki dəqiqə sonra La Punt Şamuesç kəndinin kənarında qəzaya uğrayıb.