Bu xüsusi qayda yalnız bu il premyer-liqaya yüksələcək komandalara şamil ediləcək.
Görəsən, bu ideya AFFA-dan gəlib, yoxsa “Karvan” və “İmişli” kimi elitanın tələblərinə uyğunlaşmaqda çətinlik çəkən aşağı dəstə klublarından?
Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“İcraiyyə Komitəsinin qərarları ilə bağlı press-relizdə hər şey gostərilib. Aşağı liqadan gələn komandalara bir il vaxt verilib. Və onlar bu müddət ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdılar. Təşəbbüs AFFA-dan gəlib”.
ƏSƏD SEYİDOV