1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray"ın keçmiş müdafiəçisi Serj Orye aktiv futbolçu karyerasını başa vurub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir klubsuz qalmış Serj özünə komanda tapmadığı üçün bu qərara gəlib.
32 yaşlı futbolçu karyerası ərzində "Lans", "Vilyarreal", PSJ, "Tottenhem", "Qalatasaray" klublarının üzvü olub.
Kot-d'İvuar millisinin sabiq üzvü 2024-cü ildə "Qalatasaray"da oynamışdı.