AZ

Türkiyə – Macarıstan matçı slovaklara tapşırıldı

UEFA Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində Türkiyə millisinin Macarıstanla keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, matçı Slovakiya Futbol Federasiyasından İvan Kruzlyak idarə edəcək. Kruzlyakın köməkçiləri Branislav Hankko və Yan Pozor olacaq. Matçın dördüncü hakimi Peter Kraloviç olacaq.

Qarşılaşmada VAR funksiyasını Mixal Oçenaş, AVAR funksiyasını isə Martin Dohal yerinə yetirəcək.

Oyun martın 20-sı saat 21:00-da  “Rams Park”da baş tutacaq.

Seçilən
26
futbolpress.az

1Mənbələr