Çin artıq Ukraynaya dörd qrup humanitar yardım göndərib.
Çin Ukraynaya müharibədən sonra ölkənin yenidən qurulmasında dəstək verməyə, eləcə də digər yardımları davam etdirməyə hazırdır. Bu bəyanatla Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin nümayəndəsi Li Min çıxış edib.
“Biz maraqlı tərəflərin istəklərinə uyğun olaraq öz imkanlarımız daxilində yardım göstərməyə davam etməyə hazırıq. Bu, əlbəttə ki, müharibədən sonrakı bərpa işlərini də əhatə edir”, – ” China Daily” onun sözlərindən sitat gətirir .
//Samir Qurbanov, Editor.az