Bakı. Trend:
Azərbaycan dövlətinin öz imkanları hesabına maliyyələşdirilən"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair I Dövlət Proqramı"na əsasən həyata keçiriləninvestisiya təyinatlı layihə və tədbirlərə 2020-2024-cü illərdədövlət büdcəsindən ümumilikdə 17,55 milyard manat maliyyə vəsaitiayrılıb.
Trend xəbər verirki, bu barədə Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duranvəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumatverilib.
Bildirilib ki, o cümlədən, 2020-ci ildə 55 milyon manat, 2021-ciildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat, 2023-cüildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard manatmaliyyə vəsaiti ayrılıb.
Ayrılmış vəsaitin sahələr üzrə bölgüsünə gəlincə qeyd olunub ki,nəqliyyat sektoru, o cümlədən avtomobil və dəmir yolları,məskunlaşma, şəhərsalma-arxitektura işləri, kənd təsərrüfatı vəmeliorasiya sahəsi, sosial sahələr və kommunal sektor,hüquq-mühafizə, minatəmizləmə və digər sahələr üzrə layihə vətədbirlərin maliyyələşdirilməsi sifarişçi qurumların müraciətlərinəuyğun olaraq tam təmin edilib.
İclasda nazir Sahil Babayev dövlət büdcəsinin əsaslı xərclərininən prioritet istiqaməti kimi azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində həyata keçirilən tədbirlər üçünzəruri maliyyə təminatının yaradılmasının daim diqqət mərkəzindəolduğunu, büdcənin bütün imkanlarının adətən bu istiqamətə səfərbəredildiyini diqqətə çatdırıb.