1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Parlamentinin deputatları yeməkxanalarda Şərqi Avropa yeməklərinin olmamasından şikayətləniblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, slovakiyalı deputatın köməkçilərindən biri iki mindən çox həmkarına məktub göndərərək, parlamentin yeməkxanalarında Şərqi Avropa mətbəxinə aid yeməklərin olmamasından şikayətlənib.
"Ən pisi odur ki, populistlər anti-Avropa əhval-ruhiyyəsini qızışdırmaq üçün vəziyyəti kulinariyada "Qərb imperializm" kimi qələmə verə bilərlər", - deyə nəşr yazıb.