AZ

Basketbol: “Abşeron” və “Ordu”dan növbəti qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə hər qrupda bir matç keçirilib.

B qrupunun çərçivəsində “Ordu” ilə “Lənkəran” komandaları üz-üzə gəliblər. Autsayderlə görüşdə meydan sahibləri çətinlik çəkməyiblər. “Lənkaran” yalnız birinci dövrədə üstünlük qazana bilib. Sonradan daha yaxşı oynayan “Ordu” yekunda 87:65 hesabı qalib gəlib.

A qrupunun oyununda isə “Naxçıvan” “Abşeron”u sınağa çəkib. İlk dövrədə 11 xal üstün olan qonaq komanda sonadək üstünlüyünü qoruyub. “Abşeron” 60:58 hesabı ilə qalib gəlib.

Turun əvvəlki matçında “Sumqayıt” “Quba”nı 112:103 hesabı ilə məğlub etmişdi. Tura martın 19-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
19-cu tur
18 mart

B qrupu

“Ordu” – “Lənkəran” 87:65 (14:16, 26:22, 23:13, 24:14)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Gəncə – 32. Şəki – 32. Ordu – 31. Sumqayıt – 27. Quba – 24. Lənkəran – 22.

A qrupu

“Naxçıvan” – “Abşeron” 58:60 (5:16, 17:13, 18:15, 18:16)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 32. Naxçıvan – 31. Neftçi – 27. Abşeron – 27. Sərhədçi – 24. NTD – 24.

Seçilən
62
arena.az

1Mənbələr