Bakı. Trend:
Çərşənbə axşamı axşam saatlarında Rusiyada, Yekaterinburqunmərkəzində, pravoslav kilsəsi yaxınlığında atəş açan şəxssaxlanılıb.
Trend xəbər verirki, bu barədə Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrəİstintaq İdarəsi məlumat yayıb.
"2025-ci il martın 18-də axşam saatlarında Yekaterinburqşəhərinin Malışeva küçəsində bir nəfərin pravoslav kilsəsininyaxınlığında tapançadan atəş açması barədə məlumat daxil olub.Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqi şübhəlininşəxsiyyətini müəyyən edib. Şübhəli şəxs saxlanılıb, onun evindəaxtarış aparılır", – məlumatda deyilir.
Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Başİdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin sözlərinəgörə, saxlanılan şəxs Altay diyarının Yarovoye şəhərinin sakiniolub və o, Yekaterinburqdakı mənzilində heç bir müqavimətgöstərmədən tutulub.
Cinayətdə istifadə edilən silahın "MR" markalı travmatik tapançaolduğu bildirilib. Hazırda hüquq-mühafizə orqanları hadisəyerindəki müşahidə kameralarından əldə edilən görüntüləri təhliledir.