Fransa millisinin hücumçusu Kilian Mbappe "xoruzlar"ın kapitan sarğısının onun üçün əlavə yük olub-olmadığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun sözlərini "Le Parisien" belə çatdırıb:
"Ola bilsin ki, bəziləri belə düşünürlər, amma mən heç vaxt sarğıya əlavə yük kimi baxmamışam. Əksinə, bu, şərəf, əlavə məsuliyyətdir. Söhbət Fransa millisinin kapitan sarğısından gedir! Onun nə demək olduğunu yaxşı anlayıram. Kapitan sarğısını qürurla və Fransa millisi ilə mükafat qazanmaq arzusu ilə daşımağa davam edəcəm".
Qeyd edək ki, Fransa millisində 86 matça çıxan Mbappe 48 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat