“Twitter”ın San-Fransiskodakı nəhəng loqosu satışa çıxarıldı
Valyuta.az xarici mənbəyə istinadən xəbər verir ki, “Twitter”ın San-Fransisko şəhərində yerləşən baş ofisindəki 3,66 metr uzunluğunda və 254 kq ağırlığında olan ikonik loqo satışa çıxarılıb.
Hazırda loqo üçün hərrac davam edir və 21 mart tarixinədək təkliflər qəbul olunacaq. Bu məqalənin yazıldığı anda ən yüksək təklif 21 664 dollar civarındadır. Ekspertlər loqonun 40 min dollara (təxminən 1,4 milyon manat) qədər qiymət qazana biləcəyini proqnozlaşdırır.
Twitter loqosu illər boyu San-Fransisko ofisinin ayrılmaz hissəsi olub və simvolik dəyər daşıyır. Hərrac üçün yayımlanan videoda loqonun binadan sökülmə anları əks olunub.
Qeyd edək ki, bu, “Twitter”ın loqosu ilə bağlı ilk hərrac deyil. Mask platformanı satın aldıqdan sonra şirkət ofislərindəki bir çox əşyanı satışa çıxarıb. Daha əvvəl "Twitter" quşunu təsvir edən bir heykəl 100 min dollara satılmış, digər böyük loqo isə 2023-cü ildə açıqlanmayan bir məbləğə alıcı tapmışdı.
Sərvanə Rəmixanova